Ərdoğan: “40 ildir dövlətin içinə giriblər”
Türkiyə prezidenti ölkəsində fəaliyyət göstərən “paralel hökumət” barədə danışıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özəl telekanalların canlı efirində bir sıra sualları cavablandırıb.
Gündəmlə bağlı qaranlıq məqamlara aydınlıq gətirən prezident, “paralel hökumət”lə aparılan mübarizə məsələsinə də toxunub.
“Bu quruluş 40 ildən çoxdur ki, dövlətin bütün idarələrinə sızıb. Dünən bir yerə gələ bilməyənlər indi rahatlıqla bir yerə gələ bilirlər. Bizim hakimiyyət çevrilişlə qazanılmayıb. Misirdəki vəziyyəti görürsünüz; 40 min adam həbsxanada, 2 min adam isə edama məhkum olunmuş vəziyyətdədir. Biz hüquqi dövlətik və bizdə elə vəziyyət yoxdur”, – deyə R.T.Ərdoğan bildirib.
Bundan başqa o, “paralel hökumət” barədə qərarın Milli Təhlükəsizlik Şurasının (MGK) iclasında verildiyini bəyan edib.
Mənbə:> ANSPRESS