Gecə Afina polisləri yata bilmədi
Yunanıstanın paytaxtı Afinada 2008-ci ildə polis tərəfindən öldürülən gəncin ildönümü ilə əlaqədar keçirilən etiraz aksiyası sonda zorakılıqlarla yadda qalıb.
ANS PRESS-in məlumatına görə, 6 il öncə polis mübahisə zəminində 15 yaşlı Aleksandros Qriqoropulosa atəş açaraq onu öldürmüş, hadisə 2 həftə boyunca ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu.
Ötən gün Afinanın mərkəzi küçələrindən birində toplaşan etirazçılar polisə hücum ediblər.
Fəallar təhlükəsizlik xidməti əməkdaşlarına yanıcı-partlayıcı maddələr atıblar. Gecə boyu davam edən qarşıdurmalarda çoxsaylı zorakılıqlar qeydə alınıb. Polis su şırnaqları ilə aksiyanı dağıtmağa çalışıb.
Mənbə:> ANSPRESS