Türkiyə milli raketdən müdafiə sistemi yaradır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Türkiyə milli raketdən müdafiə sistemi yaradır

Türkiyə milli raketdən müdafiə sistemi yaradır


Türkiyə NATO-ya interqrasiya etmiş milli raket əleyhinə müdafiə (RƏM) sistemini yaradacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi departamenti rəhbərinin müavini İsmayıl Dəmir “Hürriyet” qəzetinə verdiyi müsahibəsində bildirib.

Keçən ilin noyabr ayında Türkiyə rəsmi olaraq RƏM sistemi üçün komponentlərin istehsalı ilə bağlı tenderi ləğv edib. 3,4 milyard dollar dəyəri olan tenderin ləğvinə milli RƏM sisteminin layihəsinin yaradılması barədə qərar səbəb olub.

“Biz layihəni yox, tenderin nəticələrini ləğv etmişik. Biz tezliklə yeni mərhələyə keçəcəyik, bu mərhələdə “Roketsan” və “Havelsan” daxil olmaqla yerli şirkətlər iştirak edəcək. Tədricən diapazonu artıraraq biz kiçik, orta və uzaq məsafəli sistemlərin işlənməsini davam edirik.

Birbaşa alışlar həyata keçirməyəcəyik, bununla yanaşı tərəfimizdən hazırlanan RƏM sistemi NATO sisteminə inteqrasiya edəcək. Hesab edirik ki, NATO ilə birgə iş prossesi sürətləndirəcək”, - Demir “Hürriyet” qəzetinə bəyan edib.

Onun sözlərinə görə, Türkiyənin vəzifəsi müdafiə təyinatlı məmulatların və onun strateji mühüm komponentlərinin 100% yerli istehsalıdır.

“Türkiyə müdafiə sənayesini gec inkişaf etdirməyə başlasa da, indi o, 15 milyard dollar həcmində məhsul istehsal edir, bu sahədə 35 min adam işlə təmin edilib”, - Demir deyib.

O əlavə edib ki, Türkiyənin müdafiə ixracı hazırda 1,67 milyard dollardan ibarətdir, sahə qarşısında bu rəqəmi yaxın yeddi il ərzində 25 milyard dollara çatdırmaq məqsədi qoyulub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *