Ukraynalı politoloq 9-cu mərtəbədən yıxılıb
Ukraynalı politoloq Andrey Doroşenko Kiyevdə yaşayış evinin doqquzuncu mərtəbəsindən yıxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Vesti” nəşri məlumat yayıb.
Hadisə Kiyevin Solomen rayonunun Mixail Dons küçəsində yerli vaxt ilə saat 14.00-da baş verib. Polisi hadisə yerinə həlak olanın cəsədini aşkar edən şahid çağırıb.
Kiyev polis idarəsində kişinin adını çəkmədən ölüm faktının olduğunu təsdiqlədilər.
“Ölən şəxsin kimliyi müəyyənləşdirilib. Bu, 1976-cı il təvəllüdlü Kiyev sakinidir. İlkin istintaq tədbirləri həyata keçirilir”, - məlumatda deyilir.
Fakt üzrə “Bilərəkdən qətl törətmək” maddəsi üzrə cinayət işi açılıb.
“Vesti”nin məlumatına görə, Doroşenko qabaqcıl hüquqi təşəbbüslər mərkəzində çalışırdı, mütəmadi olaraq teleefirdə çıxışlar edirdi, siyasi çevrədə o qədər də məşhur deyildi.
Mənbə:> Oxu.Az