Rusiya Ukrayna sərhədində Berlin diviziyası yaradır
Rusiyanın cənubunda formalaşdırılan yeni motoatıcı diviziya 150-ci İdritsko-Berlin diviziyası adlanacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Yeni yaradılacaq diviziyanın 10 min şəxsi heyəti olacaq. Onun tərkibinə həmçinin üç motoatıcı, tank, zenit-raket və özüyeriyən-artilleriya alayı daxil ediləcək. Diviziyanın mərkəzi qərargahı Novoçerkassk şəhərində yerləşəcək.
Qeyd edək ki, 150-ci İdritsko-Berlin diviziyası 1945-ci ildə Berlində Reyxstaq üzərində SSRİ bayrağını qaldıran ilk ordu bölməsi olub.
Mənbə:> Axar.az