Kasrelişvili: “Azərbaycan Sərkisyanı qorxuya saldı”
Qarabağ konfliktinin həllində gərək əsas rolu Gürcüstan oynasın.
Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında Qafqaz Xalqları Konfederasiyasının sədri Zaal Kasrelişvili söyləyib. Onun sözlərinə görə, Qarabağla bağlı bütün danışıqlar Cenevrə yox, Tiflisdə keçirilməlidir:
“Bir zamanlar prezident Zviad Qamsaxurdiya da Ermənistan və Azərbaycana bunu təklif etmişdi. Qarabağ konflikti Gürcüstanın təhlükəsizliyinə birbaşa təhdiddir. Əgər Qarabağ müharibəsi davam etsə, Azərbaycan qalib gələcək. Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, onlar professional və məqsədyönlü şəkildə hərəkət edirlər və onlarda heç bir panika yoxdur. Ermənistan ordusu haqqında bunu söyləmək olmaz. Prezident Sərkisyan açıq-aşkar həyəcanlanmışdı. Azərbaycan bu provokasiyaya elə cavab verdi ki, Rusiya siyasi rəhbərliyi müharibənin Qafqaz savaşına dönəcəyini və onun da buraya qatılacağını anladı. Əgər Gürcüstanın da Azərbaycan kimi silahları olsaydı, biz Sxinvalidən geri çəkilməzdik. Azərbaycan ordusu artıq 90-cı illərin əvvəlindəki ordu deyil. Ermənistanın bütün strateji obyektləri Rusiyanındır. Bu ölkənin yalnız bayrağı və gerbi qalıb”.
Mənbə:> Axar.az