Gürcüstan: “Rusiya ilə danışıqlarımız Azərbaycanla…”
Gürcüstanın gərək onun torpaqlarını işğal edən ölkədən enerji asılılığı olmasın.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Parlamentinin sədri David Usupaşvili söyləyib. Onun sözlərinə görə, hakimiyyət Gürcüstanı Rusiyadan asılı vəziyyətə salmaq istəmir:
“Qazprom” şirkətini Gürcüstana energetika naziri çağırmayıb. “Qazprom” bundan öncə də Gürcüstanda olub. O, qaz kəməri vasitəsilə qonşumuz Ermənistana qaz ötürür. Biz energetika məsələsində dəqiq mövqeyə sahibik. Gürcüstanın gərək torpaqlarını işğal edən ölkədən enerji asılılığı olmasın. Gürcüstan tranzit üçün istifadə olunur və bunun üçün daha çox fayda götürməlidir. Bütün bu olanlar bizim Azərbaycan, Türkiyə, ABŞ, Avropa Birliyi və digər ölkələrlə münasibətlərimizə təhdid olmamalıdır”.
Mənbə:> Axar.az