Kaxi Kaladze: Azərbaycan Gürcüstanı qaz ilə təmin edə bilməyəcək
Gürcüstanın vitse-spikeri və energetika naziri Kaxi Kaladzenin Gürcüstanın əlavə olaraq hansı həcmdə və hansı qiymətə təbii qaz alacağına dair suala hələlik cavabı yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə “Qruziya Online” energetika naziri Kaxi Kaladzenin sözlərinə istinadən xəbər verir.
Kaxi Kaladze müxalifətin “Qazprom” ilə əlaqədar həyəcanını qeyri-sağlam eyforiya adlandırıb və izah edib ki, Azərbaycanın Gürcüstanın tələbatını ödəmək üçün resursu yoxdur və ona görə də Gürcüstan əlavə həcmi Rusiyadan almalıdır.
“Biz “Qazprom” ilə işgüzar görüş ucbatından siyasətçilər və siyasi partiyaların nümayəndələri tərəfindən son zamanlar qaldırılan qeyri-sağlam eyforiyaya dair bəyanatı maksimal şəkildə kənara qoymuşuq. Niyə əlavə həcm yoxdur? Bu sualı Azərbaycana vermək lazımdır. O zaman mən sizdən soruşuram, əgər daxili bazarda istifadə üçün həcm varsa niyə Azərbaycan “Qazprom” ilə müqavilə tərtib edir? Mən qiymətin necə olacağını deyə bilmərəm. Əgər o uyğun olarsa biz yəqin ki, bu layihəni həyata keçirəcəyik”, - Kaxi Kaladze bəyan edib.
Kaladzenin sözlərinə görə, “Qazprom” ilə bu gün üçün mövcud olan müqavilə 2003-cü ildə bağlanılıb və o vaxtdan indiyə qədər 21 əlavə tərtib edilib, məqsəd isə müddəti uzatmaq və müxtəlif texniki məsələləri həll etmək olub. Onun sözlərinə görə, cari şirkət ilə illərdir ki, əlaqə və müqavilə mövcuddur.
Onun sözlərinə görə, “Qazprom” ilə mövcud müqavilə çərçivəsində, həm Saakaşvili rejimi zamanı, həm də sonradan illik görüşlər keçirilib.
“Tranzit qiymətinə alınmış qazdan başqa, hətta müharibədən sonra da Rusiyadan əlavə həcm alınıb. Amma nədənsə bu faktlar unudulub və heç kim onlar haqqında danışmır. Siyasi mənəviyyatın sərhəddi var, onu marginal, iflasa uğramış siyasətçi və ya siyasi partiya keçməməlidir. Aydındır ki, seçki ili gəlir və siyası müflisləşmiş partiyalar özlərini əhaliyə nə iləsə xatırlatmalıdırlar”, - Kaxi Kaladze bəyan edib.
Mənbə:> Oxu.Az