SOCAR şəhid ailələrinə ev verilməsi xəbərini təkzib etdi
Bu gün SOCAR prezidentinin təşəbbüsü ilə şəhidlərə mənzil hədiyyə edilməsi xəbərinə SOCAR mətbuat xidmətindən təkzib verilib.
Bugün səhər saatlarında yerli mətbuatda, o cümlədən, saytımızda SOCAR prezidenti Rövnəq Abdullayevin şəhidlərə mənzil hədiyyə edəcəyi barədə xəbər yer almışdır. Lakin, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məsələ ilə bağlı AzNews.info-ya açıqlamasında bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Mənbə:> AzNews.info