SOCAR: Qərargah sabah yanğın baş verən 10-cu özülə köçürüləcək
"Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülünə generator vasitəsi ilə elektrik enerjisi verilir.
AzNews.info "Report"-a istinadən xəbər verir ki, bunu keçirdiyi birfinqdə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəis müavini Balamirzə Rəhimov bildirib.
O deyib ki, hazırda SOCAR prezidentinin iştirakı ilə axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah 5-ci özüldədir. Sabah isə qərargah qəza baş verən 10-cu özülə köçürüləcək.
"SOCAR prezidentinin əmri ilə sabah qərargah gəminin üzərindən birbaşa yanğın olan platformanın üzərinə köçürüləcək".
Qeyd edək ki, SOCAR nümayəndələri növbəti mətbuat konfransını sabah saat 11.00-da keçirəcək.
Mənbə:> Report.az