Putin üçün yeni iqtisadi proqram hazırlanır
Keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya Prezidenti Vladimir Putin üçün yeni iqtisadi proqramın tərtib edilməsi ilə məşğul olacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezident Administrasiyası yayıb.
Qeyd edilir ki, Kudrin Putinlə hökumətdən kənar proqramın tərtibi ilə bağlı müzakirələr aparır. Eks-nazir 1999-cı ildə tətbiq edilmiş strateji proqramın əsasında yeni strategiya hazırlayacaq.
Mənbə:> Axar.az