Mogerini Dağlıq Qarabağla bağlı Avropa Parlamentində çıxış edəcək
Müzakirələr aprelin 12-də baş tutacaq.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət Avropa Parlamentinin 11-14 aprel tarixlərində Strasburqda keçirilən plenar sessiyasında müzakirə olunacaq.
APA xəbər verir ki, müzakirələr aprelin 12-də baş tutacaq.
Mövzu ilə əlaqədar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini çıxış edəcək.
Mənbə:> APA