Mogerini Məmmədyarov və Nalbandyanı danışıqlara çağırdı
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbanyan ilə danışıqlar zamanı onları Dağlıq Qarabağda dərhal gərginliyin azaldılmasına və atəşkəsə dair sazişə ciddi riayət etməyə çağırıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa xarici işlər xidmətinin kommünikesində bildirilib.
“Ali nümayəndə - vitse-sədr (Avropa Komissiyasının - red.) gərginliyin dərhal azaldılmasına, mülki şəxslərə qaşı əməllərə son qoyulmasına və hər iki tərəfin atəşkəsə ciddi riayət etməyə çağırıb.
Ali nümayəndə xatırladıb ki, miqyaslı münaqişədə heç kim maraqlı deyil. Münaqişə hamını razı salacaq sülh yolu ilə həll edilməli, hərb yolu ilə yox”, - ЕВС məlumat yayıb.
Danışıqların gedişatında Mogerrini, həmçinin ATƏT-in Minsk qrupunun səylərinin və onun üç həmsədrinin Aİ tərəfindən dətəklənməsini xatırladıb.
O, hər iki tərəfi danışıqları bərpa etməyə və münaqişəni tənzimləməyə çağırıb.
“Bu kontekstdə ali nümayəndə qeyd edib ki, bütün tərəflər, onsuzda çətin olan vəziyyəti daha da gərginləşdirəcək əməllərdən və bəyanatlardan qaçınaraq uğurlu danışıqlara vasitəçi olacaq şərait yaratmalıdır”, - bəyanatda deyilir.
Avropa xarici işlər xidmətdən, həmçinin Mogerrini və Aİ region üzrə xüsusi nümayəndəsi Gerbert Zalberq Azərbaycan və erməni həmkarlar ilə əlaqə saxlamağa davam edəcək.
Mənbə:> Oxu.Az