Həmsədr: Qarabağın statusunun müəyyənləşməsi lazımdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Həmsədr: Qarabağın statusunun müəyyənləşməsi lazımdır

Həmsədr: Qarabağın statusunun müəyyənləşməsi lazımdır


Biz danışıqların dərhal bərpasına və davamlı sülhə nail olmağa çağırırıq. Tərəflər masa arxasına oturmalıdırlar. Burada hər hansı ritorika və bəyanatlardan söhbət getmir. Görüş qərarı prezidentlərdən asılıdırlar. Biz bunu hər zaman təklif edirik və buna məmnuniyyətlə hazırıq.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik bildirib ki, hərtərəfli həllin yolu orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılmasından keçir:

“Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar”.

Diplomat Minsk qrupu ilə bağlı Azərbaycan xalqınının məyusluğununun başa düşülən olduğunu deyib:

“Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu müharibə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür”.

Uorlik həmçinin bildirib ki, təmas xəttində monitorinqlə bağlı hər iki tərəfin razılığı olmalıdır.

“Onlar təhlükəsizliyi tam təmin edə bilmədiklərinə görə monitorinq keçirilməsinə dair hələlik razılıq yoxdur”.

O, sabah Xankəndinə gedəcəklərini, orada “de-fakto” rəhbərliklə görüşəcəklərini bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *