Ceyms Uorlik: "Qaçqınlara öz evlərinə qayıtmaq imkanı verilməlidir"
Qaçqınların problemlərinə məhəl qoyulmazsa, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq mümkün deyil.
Trend-in "News.am" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik İrəvanda deyib.
C.Uorlik qeyd edib ki, problem həmişə açıq müzakirə olunmur: "Regionda yüz minlərlə qaçqın var. Onlara qulaq asmaq lazımdır".
C.Uorlik əlavə edib ki, qaçqınlara və ölkə daxilində yerini dəyişən şəxslərə öz evlərinə qayıtmaq imkanı verilməlidir.
Diplomat bildirib ki, Azərbaycana qarşıdakı səfəri zamanı Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək.
bir daha qeyd edək ki, Minsk Qrupunun həmsədrləri oktyabrın 28-də Azərbaycana səfər edəcəklər.
Mənbə:> Trend