ABŞ Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa çağırır
ABŞ Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında təmas xəttində gərginliyin azaldılmasını, atəşkəs rejiminin saxlanılmasını və tərəflərin danışıqlar yolu ilə sülhə nail olmalarını istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə “Armenpress”ə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik deyib.
“ABŞ dəfələrlə tərəfləri atəşkəs rejiminin saxlanılması üçün bütün addımlardan istifadə etməyə çağırıb. Bu məsələ həmçinin regionda hər iki tərəflə keçirilmiş son görüşlər zamanı da müzakirə olunub. Ümid edirik ki, tərəflər son aylarda olduğu kimi təmkinlik nümayiş etdirəcək və bu da məsələnin yekun həllinə kömək edəcək.
Əgər tərəflər həqiqətən də danışıqlar yolu ilə həllə nail olmaq istəyirlərsə, o zaman onlar Ermənistan-Azərbaycan sərhədi və təmas xəttində gərginliyi azaltmalıdırlar”, - Uorlik deyib.
Mənbə:> Oxu.Az