Qaşqay türkləri Azərbaycanı dəstəklədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Dünya

Qaşqay türkləri Azərbaycanı dəstəklədi

Qaşqay türkləri Azərbaycanı dəstəklədi


Dağlıq Qarabağda silahlı qarşıdurmaların şiddətlənməsi ilə əlaqədar Qaşqay türklərinin gəncləri bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanat “Günaz TV”-də yayımlanıb. Gənclər yaydıqları bəyanatda Azərbaycan Respublikasına dəstək olduqlarını bildiriblər:

“Biz Qaşqay türklərinin fəalları İranda yaşayan türklər, dünya türkləri və Azərbaycan fəalları ilə birlikdə türk millətinin torpaqlarını işğal edən qüvvələrə qarşı mübarizə aparmağa hazırıq. Ermənistan bizim müsəlman dildaşlarımızın torpaqlarını Xocalıda olduğu kimi soyqırım və cinayətlər törətməklə işğal edib. İran dövləti isə regiondakı diktator dövlətlərlə birlikdə işğalçı ölkəyə yardım edir. Biz işğalçı qüvvələrə verilən dəstəyi qınayır, işğala məruz qalan Azərbaycanı və onun erməni zülmündən əziyyət çəkən xalqını dəstəkləyirik. Biz qaşqay gəncləri var gücümüzlə Azərbaycan türklərinə yardım etməyə hazırıq və bir daha elan edirik ki, türk torpaqlarına göz tikən istənilən qüvvə bizim ortaq düşmənimizdir”.

Qeyd edək ki, Qaşqaylar Azərbaycan türklərinin bir boyudur. Onlar daha çox Cənubi İranın Fars əyalətində yaşayırlar. İran-İraq müharibəsi dövründə, yaşadıqları Fars körfəzi sahilləri döyüş zonasına yaxın olduğu üçün Qaşqaylar böyük itkilərə məruz qalıblar. Hazırda onların sayı bir milyona yaxındır.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *