Qaşqaylar Azərbaycan Bayrağını öz bayraqları kimi qəbul etdilər » AzNews.info -Xəbər portalı

Qaşqaylar Azərbaycan Bayrağını öz bayraqları kimi qəbul etdilər – FOTO

Qaşqaylar Azərbaycan Bayrağını öz bayraqları kimi qəbul etdilər


Daha çox İranın Farsistan əyalətində yaşayan Qaşqay türkləri son elat məclisində bir sıra mühüm qərarlar qəbul ediblər.

Hafta.az-ın Habertürkə istinadən verdiyi xəbərə görə, Qaşqaylar sonuncu elat məclisində uzun illərdir çovkan yarışlarında istifadə etdikləri bayrağı elat bayrağı olaraq seçiblər. Yığıncağaqda qəbul edilən bayraq üçrəngli Azərbaycan bayrağının şaquli formasındadır. Soldan sağa mavi, qırmızı və yaşıl rəngli zolaqların ortasında aypara və səkkizguşəli ulduz həkk edilib. Səsvermədə tayfa başçıları bayrağın qəbulu üçün yekdilliklə səs veriblər.Yığıncaqda çıxış edən Qaşqayların elat ağsaqqalı (ilxan-T.T) bu bayrağın qəbul olunmasını köçəri elat tayfasının həyatında tarixi bir an kimi dəyərləndirib.


Qeyd edək ki, qaşqay türkləri İranda yaşayan sayları çox olan ən böyük tayfalardandır. Onlar Azərbaycan türkcəsinin qaşqay ləhcəsində danışırlar.

Qaşqaylar Azərbaycan Bayrağını öz bayraqları kimi qəbul etdilər

Mənbə: Hafta.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *