Bakıda bayrağımız tərs asıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda bayrağımız tərs asıldı – FOTO

Bakıda bayrağımız tərs asıldı


Bakı şəhərində üçrəngli bayrağımız tərs asılıb.

AzadXeber.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, bayraq Xətai rayonunda asılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş qanuna əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

Fotodan göründüyü kimi mavi zolaq sol tərəfdə yerləşir. Bu halda aypara və ulduzun üzü yuxarı şəkildə olması gərəkdir. Lakin fotoda bunun əksini görürük.

Foto sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.

Mənbə: AzadXeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *