İstanbuldan cənubi azərbaycanlılara dəstək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

İstanbuldan cənubi azərbaycanlılara dəstək

İstanbuldan cənubi azərbaycanlılara dəstək


İstanbulda bir qrup fəal İranın baş konsulluğu qarşısında etiraz aksiyası keçirib.

AzNews.info Report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları İran televiziyasını pisləyərək, Azərbaycan türklərinin milli hisslərini təhqirdə ittiham ediblər.

“Ülkü Ocakları” milliyətçi hərəkatının İstanbul bölməsinin sədri Yigit Yıldırım İran televiziyasının Azərbaycan türklərinin milli hisslərini təhqir etməsini pisləyib.

“İran Azərbaycan türklərinin assimilyasiyası siyasətini yürüdür. Biz bir millət kimi bu siyasətə qarşı çıxırıq və buna düşmənçilik kimi baxırıq. Noyabrın 6-da dövlət televiziyasının efirində gedən verilişdə Azərbaycan türkləri aşkar şəkildə təhqir olunublar. Biz İranın Azərbaycan türklərinə qarşı apardığı siyasətə etiraz edir və onu pisləyirik”, - deyə Yıldırım bildirib.

Çıxışdan sonra aksiya iştirakçıları konsulluq qarşısında Cənubi Azərbaycanın bayrağını asaraq oranı tərk ediblər.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *