Rusiyadan atəşi dərhal dayandırın çağırışı - “Hərbi yolla həll mümkün deyil”
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Lavrov Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bildirib:
“ATƏT-in Minsk qrupunun Qarabağla bağlı formatını dəyişmək məqsədəuyğun deyil. Münaqişənin nizama salınması üçün həmsədrlər ən vacib mexanizmdir.
Moskva hesab edir ki, Türkiyə qonşu ölkələrin işlərinə qarışmayacaq, hərçənd ki, Ankara hələlik bu siyasəti davam etdirir.
Rusiya Dağlıq Qarabağdakı gərginliyə görə, Ankara da daxil olmaqla xarici qüvvələri ittiham etmir. Moskva ümid edir ki, sülh çağırışlarını Bakı və İrəvan eşidəcək. Bizim mövqeyimiz prezident, XİN, Müdafiə Nazirliyi tərəfindən ifadə edilib. Müdafiə naziri Sergey Şoyqu öz həmkarları ilə əlaqə saxlayıb. Biz ciddi narahatlığımızı ifadə etdik”.
Mənbə:> Qafqazinfo