Lavrov: Tərəflər səylərini davam etdirməlidirlər

Rusiyanın XİN nazirir Serqey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tərəflərin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səyləri davam etdirməsinin vacib olduğuna əminliyini ifadə edib.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Lavrov İrəvana səfəri çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət nəticənin əldə olunmasında fəal rol oynamağı davam etdirəcək.
Mənbə: Oxu.Az