Bolqarıstan Azərbaycan ilə əməkdaşlığın dərinləşməsini istəyir
Bolqarıstan və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın dərinləşməsi imkanlarını energetika naziri Temenujka Petkova və Azərbaycanın Sofiyadakı səfiri Nərgiz Qurbanova müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, Qurbanova Azərbaycanın “Cənub qaz dəhlizi” ilə əlaqədar layihələrin inkişafında, bununla yanaşı o, ölkəsinin Avropaya təbii qaz tədarükündə etibarlı mənbə və rəqib olmaqda da maraqlı olduğunu bildirib.
Nazir Petkova öz qonağını Bolqarıstan və qonşu ölkələr, əsasən yalnız marşrutları deyil, eləcə də Cənubi-Şərqi Avropa regionu üçün təbii qaz mənbələrinin diversifikasıyasını təmin edən Yunanıstan arasında sistemlərarası qaz birləşmələrinin inşaat layihələrinin realizəsi ilə tanış edib.
Onun sözlərinə görə, Bolqarıstan ərazisində inşaat üçün bütün lazımi sənədlər hazırdır. Qəbul edilmiş “yol xəritəsinə” görə inşaat bu ilin oktyabrında başlayacaq, 2018-ci ilin ikinci yarısında isə istismara veriləcək.
Görüşdə, həmçinin səkkiz ildir ki, toplanmayan hökumətlərarası komissiyanın iclasının keçirilməsinin həri iki ölkə üçün uyğun tarixi müzakirə edilib.
Komissiyanın bolqar tərəfdən həmsədrləri iqtisadiyyat və energetika naziri, Azərbaycan tərəfdən isə nəqliyyat naziridir.
Mənbə:> Oxu.Az