Həmsədrlər yenə gəlir
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfərə gələcəklər.
ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mone bildirib.
Onlar əvvəlcə Bakıya, sonra İrəvana gedəcək, ölkə rəsmiləri ilə son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı müzakirə aparacaqlar.
Xatırladaq ki, ATƏT-in Fransadan və Rusiyadan olan həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə sonuncu dəfə bu ilin oktyabrında regionda olub, danışıqlar aparıblar
Mənbə:> ANSPRESS