İŞİD dünyanı “qara günlərlə” hədələdi
“İslam dövləti” terror qruplaşmasının (İŞİD) yaraqlıları onlara qarşı əməliyyatlara cavab olaraq, “qara günlərə” başlamağa söz verirlər, Oxu.Az Reuters-ə istinadən bildirir.
Məlumatda qeyd olunur ki, yaraqlılar ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanı təhdid edirlər.
Bild-in yazdığına görə, Brüsseldə terror aktlarından bir neçə saat sonra İŞİD qruplaşması Almaniyaya qarşı təhdidlərin əks olunduğu məlumatları sosial şəbəkələrdə yerləşdirməyə başlayıb.
Mənbə:> Oxu.Az