Hamas silahlıları İŞİD terrorçusunu öldürdü
Həmas qrupunun qüvvələri Qəzzə bölməsində İŞİD terror qruplaşmasının tərəfdarını öldürüb. ANS PRESS-in məlumatına görə, bu haqda Həmas sözçüsü Eyad Al-Bozum xəbər verib.
Onun verdiyi xəbərə görə, bu gün baş verən hadisə zamanı terror qruplaşmasının tərəfdarı təslim olmaqdan imtina edib və atəş açmağa başlayıb. Cavab atəşi ilə o öldürülüb.
Həmas hərəkatı bir ay bundan əvvəl Qəzzada İŞİD terror qruplaşması tərəfdarlarına qarşı əməliyyata başlayıb.
Hərəkat onları Qəzzədə silsilə partlayışlar tərətməkdə ittiham edir.
Mənbə:> ANSPRESS