İŞİD döyüşçülərinin maaşını 2 dəfə azaltdı
İŞİD terror qruplaşması döyüşçülərinin maaşlarını iki dəfə azaldıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə nazirinin terrorun maliyyəşməsi ilə mübarizə üzrə köməkçisi Daniel Qleyzer bildirib.
“İslam Dövləti” döyüşçülərinin maaşlarını 50% azadıb”, - Qleyzer bəyan edib.
Qeyd olunur ki, təşkilat bu addımı ABŞ-ın başçılıq etdiyi koalisiyanın endirdiyi aviazərbələr görə atıb.
Mənbə:> Oxu.Az