Azərbaycan Türkiyə və Rusiyanın dostluğunu istəyir
Həm Rusiya, həm də Türkiyə ilə mehriban münasibətləri olan Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasında hamıdan çox maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə verdiyi müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.
“Bakı özünü vasitəçi rolunda görürmü?” sualına nazir vasitəçiliyin çox iddialı səsləndiyini bəyan edib.
“İstənilən halda, mən bu məsələni həm türk, həm də rus həmkarlarım ilə müzakirə edirəm. Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması kimi həddən artıq xoşagəlməz hadisədən sonra Sergey Lavrov ilə biz bu mövzuya dəfələrlə toxunmuşuq.
Baş verənlərin üstündən adlayaraq irəliləməyin lazım olmasına dair qarşılıqlı anlayış nə qədər tez yaranarsa, bir o qədər hamı üçün yaxşı olar”, - Azərbaycan diplomatiyasının rəhbəri bildirib.
Mənbə:> Oxu.Az