Ağ Ev əş-Şişaninin öldüyünü təsdiqlədi
İŞİD terror qruplaşmasının liderlərindən biri, Əbu Umar əş-Şişani kimi tanınan Tərxan Taymurazoviç Batiraşvili aldığı yaralardan keçinib.
Oxu.Az xəbər verir ki, CNN-ə bu məlumatı ABŞ Prezident Administrasiyasının iki əməkdaşı təsdiqləyib.
Məmurların sözlərinə görə, o, ABŞ-ın martın 4-də Suriyanın Əş Şəddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində ağır yaralanıb.
Onlar bu məlumatı haradan aldıqlarını açıqlamayıblar. Batiraşvili ilə bərabər İŞİD-in daha 12 yaraqlısının öldüyü bildirilir.
Mənbə:> Oxu.Az