WP: In Manhetteni məhv edə bilər
Şimali Koreya Manhetteni hidrogen bombasının zərbəsi ilə məhv edə biləsəcək gücə malik olduğunu iddia edir.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
“Əgər hidrogen bombamızı qitələrarası ballistik raketdə quraşdırsaq və Nyu-Yorkda Manhettenə zərbə vursaq insanların hamısı məhv olacaq, şəhər yanaraq kül olacaq”, - Şimali Koreya alimi Ço-Xyenq İl bildirib.
“Koreya bu gün” jurnalının məlumatına görə, KXDR hazırlanan bomba, 1961-ci ildə SSRİ-də sınaqdan keçirilmiş bombadan daha böyük qüvvəyə malikdir.
Qeyd edilir ki, sovet hidrogen bombasının səs dalğası 1000 km məsafədə yerləşən evlərin şüşülərini qıra və 100 km məsafədə isə üçüncü dərəcəli yanıq xəsarətləri vurma qabiliyyətinə malikdir.
Amma “The Washington Post” yazır ki, ekspertlərin əksəriyyəti, KXDR öz texniki imkanlarını şişirtdiyini düşünür.
Daha öncə KXDR lideri Kim Çen In alimlərlə və müdafiə elminin texniki mütəxəssisləri ilə görüşdə yeni nüvə sınaqları keçirməyə çağırıb.
Mənbə:> Oxu.Az