Ermənistan ordusundakı ölüm halları gizlədilir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Ermənistan ordusundakı ölüm halları gizlədilir

Ermənistan ordusundakı ölüm halları gizlədilir


Ermənistanın Apellyasiya Məhkəməsi silahlı qüvvələrdə baş verən fövqəladə hallar və hadisələr barədə məlumatın Müdafiə Nazirliyi tərəfindən təqdim edilməməsini dəstəkləyib.

Oxu.Az-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, mart 11-də Yerevanda keçirilən məhkəmə iclasında Apellyasiya Məhkəməsi Ermənistanın Müdafiə Nazirliyinə qarşı ordudakı ölüm halları ilə bağlı məlumatların verilməməsinə dair "Sülh dialoqu" ictimai təşkilatının iddiasını rədd edib.

Təşkilatın sədri, Edqar Xaçatryan Ermənistanın epress.am informasiya agentliyinə açıqlamasında bildirib ki, onlar artıq Ermənistandakı bütün instansiyalara məsələ ilə bağlı müraciət etməkdən bezərək İnsan Haqları üzrə Avropa Məhkəməsinə üz tutmaq qərarına gəliblər.

“Sülh dialoqu” ictimai təşkilatı ilk dəfə Ermənistanın Müdafiə Nazirliyinə qarşı hələ 2015-ci ilin fevral ayında məhkəmə iddiası ilə çıxış edib. Bu, 2014-cü il ərzində orduda ölümlə nəticələnən hadisələr barədə məlumatların ictimaiyyətdən tamamilə gizlədilməsindən sonra baş verib.

Ermənistanın Müdafiə Nazirliyi qaldırılan iddiaya yalnız səkkiz aydan sonra cavab vermək qərarına gəlib. Belə ki, Ermənistan müdafiə naziri Seyran Ohanyanın 2015-ci ilin avqust ayında qüvvəyə minmiş əmri ilə orduda baş verən insidentlər zamanı ölümlə nəticələnən bütün faktlar barədə istənilən məlumata məxfilik qrifi qoyulub.

“Sülh dialoqu” ictimai təşkilatı bu əmrin qeyri-qanuniliyini isbat etmək məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlib. Təşkilat verilən əmri qeyri-qanuni hesab edir. Çünki Ermənistanın "Dövlət və xidməti sirr haqqında Qanun"una əsasən fövqəladə hallar məxfilik siyahısına daxil edilməyib.

Təqdim olunan bu və digər arqumentlər kifayət etmədiyindən məhkəmə Ermənistanın Müdafiə Nazirliyinin lehinə qərar çıxarıb.

“Sülh dialoqu” ictimai təşkilatının rəhbəri E.Xaçatryan bildirib ki, Müdafiə Nazirliyinin bu fəaliyyətinin məqsədi ordunu daha qapalı və qeyri-şəffaf struktura çevirməkdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *