Berlində Merkelin siyasətinə qarşı mitinq keçib
Şənbə günü bir neçə yüz insan Berlində Almaniyanın kansleri Angela Merkelin siyasətinə qarşı mitinqdə iştirak ediblər.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, polisin məlumatına görə, mitinqdə iki mindən çox insan iştirak edib.
Aksiya mərkəzi vağzal yaxınlığındakı meydanda keçirilib. Mitinqdə müxalifət partiyaları, xüsusilə də, sağçı “Almaniya üçün alternativlər” partiyasının nümayəndələri iştirak ediblər.
Mitinqə toplaşanlar əllərində Almaniya və anti-İslam hərəkatı “Peqida”nın bayraqlarını tutublar.
Mənbə:> Oxu.Az