Çin: "Ekspansiya yolunu davam etdirəcəyik"
Çinin xaricdə mövcudluğunu artırması ölkənin maraqlarının qorunmasına hədəflənib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında Çinin Xarici İşlər naziri Van İ söyləyib.
Onun sözlərinə görə, Çin digər ölkələrin təcrübələrindən istifadə edib, bundan sonra xaricdə mövcudluğunu daha da artıracaq:
“Xaricdə on minlərlə Çin şirkəti fəaliyyət göstərir. Bizim 2016-cı il ərzində xaricə qoyduğumuz investisiya 100 milyard dolları keçib. Ona görə də xaricdə maraqların qorunması Çin diplomatiyası üçün əsas vəzifələrdən biridir. Pekin ənənəvi güclü olan ölkələr kimi ekspansiya yolundan imtina etməyəcək”.
Mənbə:> Axar.az