Nemtsovun qətlinin sifarişçiləri xaricdə ola bilərlər
Müxalif siyasətçi Boris Nemtsovun qətlinin sifarişçiləri xaricdə ola bilərlər.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə “İnterfaks”a vəziyyətlə tanış olan mənbə bildirib.
Agentliyin həmsöhbəti bildirib ki, bu cinayətin izləri işi xaricə apara bilər: “Bu versiyanın üzərində fəal iş gedir”.
Onun sözlərinə görə, bundan əvvəl səsləndirilən versiyalar da qüvvədədir.
Lakin “İnterfaks” bu məlumatın rəsmi təsdiqini ala bilməyib.
Qeyd edək ki, artıq qətldə şübhəli bilinən iki nəfər saxlanılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir.
Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.
Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.
Mənbə:> Trend