Nemtsovun 23 yaşlı sevgilisi qorxuya düşdü » AzNews.info -Xəbər portalı

Nemtsovun 23 yaşlı sevgilisi qorxuya düşdü

Nemtsovun 23 yaşlı sevgilisi qorxuya düşdü


Son zamanların ən qalmaqallı qətllərindən olan Boris Nemtsov cinayətinin yeganə şahidi olan model Annanı öz doğma vətənində elə də yaxşı qarşılamadılar.

23 yaşlı model Kiyevə gəlib çatmamış ünvanına hədələr gəlməyə başlayıb. Ötən gün polisə müraciət edən Duritskaya öz doğma şəhərinə gələn kimi polisə müraciət edib və hədələndiyini deyib.

Amma kim olduğunu demir. Bir söz deyir - naməlum şəxslər. Hədələr isə telefonla gəlir. Maraqlısı odur ki, onun sözlərindən başqa qızın izlənməsinə dair heç bir şübhə yoxdur.

Lakin buna baxmayaraq Ukraynanın baş prokuroru Viktor Şokin Annanın dediklərini ciddi qəbul edib və bu işə nəzarəti şəxsən üzərinə götürüb. İndi onun şikayəti ilə bağlı həm cinayət işi açılıb, həm də xanıma mühafizə təyin edilib.

Xatırladaq ki, siyasətçi B.Nemtsov fevralın 27-də gecə saatlarında öldürülüb. Hadisə baş verən an onun yanında 23 yaşlı ukraynalı model Anna Duritskaya olub.

Qətillə baraqlı bir necə maraqlı məqam var. Onlardan biri də nə üçün qatilin Nemtsovun yanındakı qıza zərər verməməsidir. Əsas şahidi necə sağ qoya bildilər? O, ölkədən necə çıxa bildi?

Cinayətin ilk anlarında çox adamda Annanın burada rolu olması barədə şübhələr yarandı.
Nəzəri cəhətdən o siyasətçini istənilən zamanda istənilən yerə apara bilərdi. İqtisadçı Mixail Delyaqin bloqunda buna ehyam vurub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *