Çinin zəngin adamı Hollivud kinostudiyasını 3,5 milyard dollara aldı » AzNews.info -Xəbər portalı

Çinin zəngin adamı Hollivud kinostudiyasını 3,5 milyard dollara aldı

Çinin zəngin adamı Hollivud kinostudiyasını 3,5 milyard dollara aldı


Çinli Dalian Wanda Hollivudun Legendary Entertainment kinostudiyasını 3,5 milyard dollara alıb. Bu barədə ÇXR (Çin Xalq Respublikası) şirkətinin bəyanatına əsasən Reuters məlumat yayıb.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu şirkətin sahibi Van Tszyanlinin öz biznesinin xaricdə diversifikasiyası ilə məşğul olduğunu göstərir, agentlik qeyd edib.

Tszyanlin Pekində mətbuat konfransında çıxış edərkən bəyan edib ki, Legendary Entertainment-ı özünə məxsus Çin kinostudiyası ilə birləşdirməyi planlayır, daha sonra isə şirkəti İPO-ya keçirmək istəyir.

Hurun Report Çin jurnalı Van Tszyanlinin sərvətini 2014-cü ildə 24,2 milyard dollar dəyərində qiymətləndirirdi.

Legendary Pictures kinofilmlərin istehsalı ilə məşğul olan Amerika şirkətidir. 2000-ci ildə təsis edilib. Bu kinostudiyada “Betmen: Başlanğıc”, “Supermenin qayıdışı”, “Veqasda oğlan yığıncağı” kimi filmlər buraxılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *