Rusiya son 25 ilin ən güclü nüvə sınağını keçirir
Rusiya Arktikaya “Borey” tipli sualtı gəmilərini yeridir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Bild” qəzeti yayıb. Moskvanın bununla ABŞ-a özünün hərbi gücünü göstərməyə çalışdığı bildirilir.
Son 25 ilin ən böyük təliminin rəsmi məqsədi sualtı donanmanın hərbi hazırlığının yoxlanılmasıdır.
Qeyd edək ki, bu sualtı gəmi eyni anda 16 uzaqmənzilli nüvə başlıqlı raketi buraxmağa qadirdir.
Mənbə:> Axar.az