Rusiyanın Xəzərdəki donanmasına “həyəcan” siqnalı verildi
Rusiyanın hərbi gəmiləri Cənub Hərbi Dairəsi qoşunlarının döyüş qabiliyyətliliyinin yoxlanmılması çərçivəsində Qara və Xəzər dənizlərində şərti düşmənin sualtı qayıqları və minaların axtarışı üzrə tapşırıqları yerinə yetirirlər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsi məlumat yayıb.
“Gəmi zərbə qrupları şərti düşmənin sualtı qayıqlarının axtarışı və aşkarlanması tapşırıqlarını yerinə yetirirlər. Təminat gəmiləri qüvvələrin dənizdəki hərəkətinin təmin olunması üçün hazır vəziyyətə gətirilib”, - deyə, Rusiya Müdafiə Nazirliyindən qeyd ediblər.
Mənbə:> Oxu.Az