İranlı milyarder ölüm hökmünə məhkum edildi » AzNews.info -Xəbər portalı

İranlı milyarder ölüm hökmünə məhkum edildi

İranlı milyarder ölüm hökmünə məhkum edildi


İranlı milyarder Babak Zəncani ölüm hökmünə məhkum olunub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, rüşvətdə və fondların vəsaitini mənimsəməkdə təqsirli bilinib.

Babak Zəncani Türkiyə, BƏƏ və Malayziyada aktivlərə malik Sorinet Group korporasiyasının rəhbəridir.

O, neft ixracından əldə etdiyi 2 milyard dollara yaxın gəliri gizlətməkdə ittiham olunurdu (Rəsmi Tehran karbohidrogen ehtiyatların xaricə ixracatı ilə məşğul olmağı ona həvalə etmişdi).

Zəncani 30 dekabr 2013-cü ildə dövlət əmlakına ziyan vurmaqda günahlandırılaraq həbs edilib.

Milyarder Tehranda “Evin” türməsində saxlanılır.

13,5 milyard dollarlıq sərvətə malik olan B. Zəncani İranın ən varlı şəxslərindən sayılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *