Məşhur milyarder prezidentliyə namizəd olur
Nyu Yorkun keçmiş meri milyarder Maykl Blumberq ABŞ prezidentliyinə müstəqil namizəd ola bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Qəzet Blumberqin özünün təbliğat kampaniyasına 1 milyard dollar xərcləməyə hazır olduğunu bildirib. Milyarder həmçinin öz köməkçilərinə bundan öncə ABŞ prezidentliyinə namizəd olmuş Con Anderson və Rossa Peronun təbliğat kampaniyalarının öyrənilməsi haqqında da tapşırıq verib. Namizədliyinin verilməsi haqqında dəqiq qərarı Blumberq mart ayında açıqlayacaq.
Mənbə:> Axar.az