Daha bir xanım namizəd kimi qeydə alındı – FOTO
125-lər Siyasi klubunun sədr müavini Günel Səfərova 21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd kimi 26 sentyabr 2015-ci il tarixində MSK tərəfindən qeydə alındı.
Xatırladaq ki, 23 sentyabr tarixində DSK Günel Səfərovanın 7 imza vərəqəsində imza toplayan şəxslərin səlahiyyətli nümayəndə qismində təqdim edilməməsini səbəb göstərərək namizədliyi qeydə almamışdır. Lakin MSK Günel Səfərovanın şikayətini təmin etmişdir.
Günel Səfərovanın qərargahından AzNews.info-ya verilən məlumata əsasən, təbliğat kampaniyasına hazırlıq işləri yekunlaşıb.
Mənbə:> AzNews.info