Cəbrayılın icra başçısı bu kobudluğa görə işdən çıxarılıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Cəbrayılın icra başçısı bu kobudluğa görə işdən çıxarılıb? – VİDEO

Cəbrayılın icra başçısı bu kobudluğa görə işdən çıxarılıb?


Xəbər verdiyimiz kimi, martın 3-də Laçın və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.

Mövcud kadr dəyişikliyinin əsas səbəbini Azərtac-a şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək:
“Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad edilmişlər. Onlar öz fəaliyyətlərini Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməmiş, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərmiş, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirmiş, təvazökarlıqdan uzaq hərəkətlərə yol vermişlər. Z.Nağdəliyev vurğulamışdır ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdirmişlər və nəticədə rayonun problemlərindən uzaq düşmüş, sakinlərin haqlı tələblərinə məhəl qoymamış, əhali arasında nüfuzdan düşmüşlər”.

Z.Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları Prezidentin etimadını doğrulda bilməyib, daha dəqiq desək, etibarını itirib.

Azxeber.com-un məlumatına görə, yanvarın 13-ü, axşam saatlarında Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə aksiya zamanı icra başçısı Mahmud Quliyev ondan iş istəyən vətəndaşa “get öl” deyib. Daha sonra icra başçısının polisi çağıraraq həmin vətəndaşı oradan uzaqlaşdırıb, həbs etməli olduğu barədə əmri eşidilir. Eyni zamanda icra başçısının həmin vətəndaşı “rədd ol”, “köpəyoğlu” kimi ifadələrlə təhqir etdiyi də eşidilir.

İcra başçısının məhz bu kobudluğa görə işdən çıxarıldığı iddia edilir:


Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *