Jirinovski: Türkiyənin sonu çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Jirinovski: Türkiyənin sonu çatıb – VİDEO

Jirinovski: Türkiyənin sonu çatıb


Rusiyanın RLDP partiyasının lideri Vladimir Jirinovski Lifenews telekanalına müsahibəsində Avropa və Türkiyəni yaxın illərdə nə gözlədiyini proqnozlaşdırıb.

Oxu.Az xəbər verir ki, siyasətçinin fikrincə, Avropa sistemi yaxın 20 il ərzində çökəcək. Buna səbəb isə onların fəxr etdikləri demokratiyadır.

Jirinovski izah edib ki, bu sistem öz ölkələrini Yaxın Şərq və Asiyada baş verənlərdən qoruya bilməyəcək.

“20 ildən sonra Avropa dağılacaq. Və onu son yola salanda mən 90 illiyimi qeyd edəcəm. Bu bizim üçün çox yaxşıdır. Avropanın dağılmasına səbəb isə demokratiya olacaq: çünki avropalılar hamını qəbul edirlər və hər kəsin hüquqlarını müdafiə edirlər. Onlar tək olsaydılar cənnətdəki kimi yaşayardılar, lakin yaxınlıqda Afrika, Asiya və Yaxın Şərq var, və hər yerdə müharibə gedir”, - siyasətçi deyib.

RLDP liderinin sözlərinə görə, Avropanı yalnız yeni Bismark xilas edə bilərdi, lakin o, yoxdur və olmayacaq.

“Belə bir taleh Türkiyəni də gözləyir, səbəblər isə başqadır”, - o, deyib. Jirinovski Türkiyəyə 2-3 il vaxt qoyub.

“Türkiyə ən çətin vaxtlarını yaşayır. Bu ölkə Əsəd rejimini devirməklə Şimali Suriyanı işğal etmək istəyir. Bunu üçün kürdlərə zərbə endirmək lazımdır, bu isə İraq, İran və Rusiyaya zərbə deməkdir. Üç ölkəyə qarşı necə mübarizə aparacaq?”, - siyasətçi izah edir.

“Türkiyənin gələcəyi yoxdur. Bu ölkə bölünəcək, azad Kürdüstan dövləti yaranacaq. Ərdoğan artıq indidən qorxur ki, qorxur ki Türkiyənin sonu çatıb”, - Jirinovski əlavə edib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *