Jirinovski öz şərəf və ləyaqətini müdafiə etdi
Məhkəmə Rusiyanın ilk prezidenti Mixail Qorbaçovu RLDP lideri Vladimir Jirinovskiyə 6 min rubl məbləğində təzminat ödəməyə məhkum edib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Moskvanın Timiryazev məhkəməsi deputatın şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi barədə iddiasını təmin edib.
İddia üçün səbəb Qorbaçovun siyasi xatirələrində Jirinovski barədə göstəriyi faktlar olub.
O 1993-cü ildə keçirilən deputat seçkilərində Jirinovskinin ekstremist bəyanatlara yol verdiyini və RLDP partiyasının 1996-cı ildə Moskvada Qorbaçova qarşı təşkil olunan sui-qəsddə iştirak etməsi barədə fikirlər yürüdüb.
Sabiq prezidentin nümayəndəsi məhkəmədə bu ifadələrin yalnız mülahizələr olduğunu bildirib.
Mənbə:> Oxu.Az