Lukaşenko Putini Medvedyevlə səhv saldı
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən ali dövlət şurasında Rusiya lideri Vladimir Putin ilə görüşdə, onu baş nazir Dmitri Medvedyev ilə səhv salıb.
Oxu.Az xəbər verir ki, bu barədə fevral ayını 25-də “vedomosti” qəzeti yazıb.
Geniş tərkibdə görüşdə Lukaşenko Rusiya prezidentinə müraciət edərkən çaşıb və onu Medvedyevlə səhv salıb.
“Hörmətli Dmitri Anatolyeviç, - deyərək sözə başlayan Lukaşenko, səhvini tez düzəldərək, - Hörmətli Vladimir Vladimiroviç, hörmətli Dmitri Anatolyeviç”, – deyərək davam edib.
“Doğrudur, pulların hamısı ordadır”, - deyən Putin büdcə maliyyələşdirilməsi ilə Rusiya hökumətini məşğul olduğu faktını nəzərdə tutaraq zarafat edib.
Mənbə:> Oxu.Az