Lukaşenko: Azərbaycan hər zaman Belarusa güvənə bilər
Azərbaycan hər zaman Belarusa güvənə bilər.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib. Çətin vaxtlarda Azərbaycanın göstərdiyi dəstəyi xatırladıqlarını deyən Belarus prezidenti yardıma görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edib.
A. Lukaşenko Azərbaycan və onun xalqına hər zaman yüksəklərdə olmağı, qarşılaşdığı çətinlikləri dəf etməyi arzulayıb:
“Bilin ki, burda sizin dostlarınız var”.
Belarus prezidenti qeyd edib ki, iqtisadiyyatda çətin vaxtlar yaşanmasına baxmayaraq, iki dövlət ticarət dövriyyəsini eyni səviyyədə saxlayıb:
“Biz münasibətlər üçün yaxşı təməl yaratmışıq”.
A. Lukaşenko onu da əlavə edib ki, Belarus və Azərbaycan arasında hər hansı gərginlik və qapalı mövzu yoxdur:
“Kimincə xoşuna gəlmirsə, bu, onların problemidir”.
O, Azərbaycan prezidentini özünün və Belarus xalqının dostu adlandırıb.
Mənbə:> APA