Maykl Link: Dağlıq Qarabağ dövlət kimliyinə malik deyil
Dağlıq Qarabağ dövlət kimliyinə malik deyil, ona görə də bizi seçkiləri müşahidə üçün dəvət edə bilməz.
Bizim üçün mütləq aydın olan bir məsələ var: biz beynəlxalq hüquqi status-kvonu və beynəlxalq səviyyədə tanınmış sərhədləri dəstəkləyirik.
Oxu.Az “vestikavkaza.ru” saytına istinadən xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Link Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən müzakirələrdə Qarabağ separatçılarının nümayəndəsinə cavabında deyib.
“Vestnik Kavkaza”nın müxbirinin tərəflərin müşahidəçilərin sayına dair razılığa gələ bilmədikləri seçkilərin keçirilməsindın sonra ATƏT/DTİHB və Azərbaycan arasında münasibətlərin perspektivləri sualına cavab verərkən M.Link Azərbaycanla dialoq və konstruktiv əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
Əlbəttə, biz ötən il Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edə bilmədiyimiz üçün təəssüf edirik. Əgər müşahidəçilərin sayı bizim seçki metodologiyasında qeyd ediləndən az olarsa, monitorinqin nəticələrinin həqiqəti əks etdirəcəyinə təminat verə bilmərik.
Lakin biz hələ də bununla bağlı müzakirələrə hazırıq. Amma son nəticədə bu, ATƏT çərçivəsində ölkələr arasında konsensusa nail olmaq yolu ilə metodların dəyişməsi məsələsidir”, - DTİHB direktoru bildirib.
Azərbaycanın DTİHB üçün vacib tərəfdaş olduğunu deyən M.Link ölkəyə yeni birgə layihələrin təklif ediləcəyini deyib.
“Son seçkiləri müşahidə edə bilməsək də, əməkdaşlığımız davam edir”, - diplomat bildirib.
Mənbə:> Oxu.Az