ATƏT: Leyla Yunusun azadlığa buraxılması çox humanist jestdir
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
“Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır,” - deyə M. Corc bildirib.
Öz növbəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör “twitter” səhifəsində Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışladığını yazıb.
Qeyd edək ki, Leyla Yunus bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Mənbə:> APA