Qazaxıstan latın əlifbasına keçir
Rəsmi proqram qəbul edilib.
Qazaxıstanın mədəniyyət naziri Arıstanbek Muhamediuli qazax dili və yazısında yeni mərhələ başladığını bildirib.
Oxu.Az-ın “Novaya qazeta” nəşrinə istinadən məlumatına görə, o, bəyan edib ki, ölkə 2025-ci ilə qədər öz əlifbasını latın dilinə keçirmək niyyətindədir.
Onun sözlərinə görə, bu məsələ iilə bağlı rəsmi proqram qəbul edilib.
“Qazax hərflərinin milli tələffüz xüsusiyyətləri əlavə qərarlar tələb edir. Bu asan deyil, lakin beynəlxalq aləmə daha az ağrılı şəkildə inteqrasiya etmək lazımdır”, – nazir bildirib.
Mütəxəssislərin qiymətlərinə görə, kiril əlifbasından latına keçid hökumətə 300 milyon dollara başa gələcək.
Mənbə:> Oxu.Az