Astanada prezidentlərin şərəfinə rəsmi qəbul təşkil edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Astanada prezidentlərin şərəfinə rəsmi qəbul təşkil edilib

Astanada prezidentlərin şərəfinə rəsmi qəbul təşkil edilib


Sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində iştirak edən dövlət başçılarının şərəfinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adından rəsmi qəbul təşkil olunub.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Daha sonra dövlət başçıları Qazax xanlığının 550 illik yubileyinə həsr olunan teatrlaşdırılmış tamaşaya baxıb.

Tamaşa Astanadakı “Barıs” arenasında nümayiş olundu.

Mədəni tədbirdə Qazax xanlığının yaradılması, onun inkişafı və müxtəlif mərhələləri səhnələşdirilmiş kompozisiya ilə təqdim edildi.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *